"Sizə qulaq asmıram, bəyənmirəm" - Aparıcı efirdə Manafı qəzəbləndirdi + VİDEO

img

17-02-2020 [11:35]


ARB telekanalında Rövşanə Ağasəfqızının aparıcısı olduğu "Səhər-səhər" verilişinin bu dəfəki qonaqlarından biri də Manaf Ağayev olub.

Mia.az "Yeni Sabah"a istinadla xəbər verir ki, verilişdə aparıcı ilə müğənni arasında qalmaqal yaşanıb. R.Ağasəfqızı ifaçıya onun oxuduğu mahnıların janrını bəyənmədiyini söyləyib:

"Mən insan olaraq sizin xətrinizi çox istəyirəm. Sizin gözəl səsiniz var. Amma oxuduğunuz mahnıların janrını bəyənmirəm. Çalışıram ki, efirimdə də onları təbliğ etməyim. Qulaq asmıram".

Müğənni isə cavabında bildirib ki, bu janrda özündən başqa yaxşı oxuyan yoxdur: "Mən indi o janrda oxuyanlardan soruşacam. Görüm, sizi bəyənirlər? Açığını bilmək istəyirsinizsə, özümdən başqa oxuyan tanımıram".

Rövşanə də M.Ağayevin fikirlərini cavabsız qoymayıb:"Mən jurnalistəm, müğənni deyiləm ki. Mən sözümü deyirəm. Bu zövq məsələsidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR