Türkiyə Superliqası: “Trabzonspor” liderliyi ələ aldı

img

16-02-2020 [19:47]


Fevralın 16-da Türkiyə Superliqasının XXII turu çərçivəsində “Sivasspor” səfərdə “Trabzonspor”un qonağı olub.

Mia.az xəbər verir ki, “Medikal Park Arena”da keçirilən qarşılaşmada hesabı 4-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksander Sorlot açıb.

Görüşün 43-cü dəqiqəsində “Sivasspor”un müdafiəçisi Caner Osmanpaşa topu səhvən öz qapısına göndərib. Görüşün son dəqiqələrində qonaqların futbolçusu Mustafa Yatabare vurulan qollardan birinin əvəzini çıxsa da komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Beləliklə, “Trabzonspor” doğma meydanda “Sivasspor”u məğlub edərək liderliyə yüksəlib.

Günün digər matçında “Gənclərbirliyi” səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib -1:0. 

Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla iki oyun az keçirmiş “Sivasspor” qapayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR