Gəncədə narkotacirlər həbs edildi

img

15-02-2020 [18:22]


Gəncədə narkotacirlər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Samux rayon sakini Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan kokain və tramadol həbi, eləcə də sərnişini, həmyerlisi E.Qarayevdən heroin, metadon, metamfetamin, 1 ədəd saxta olması ehtimal olunan 100 manatlıq pul əskinası və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

E.Qarayevin yaşadığı evdən isə əlavə olaraq 4 kiloqram 114 qramdan artıq marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR