Suriya parlamenti qondarma "erməni soyqırımı"nı tanıdı - Türkiyə bəyanat yaydı

img

13-02-2020 [23:40]


Türkiyə Xarici İşlər Nazirliyi Suriya parlamentinin bu gün qondarma "erməni soyqırımı”nı tanıması ilə bağlı etiraz bəyanatı yayıb.

Mia.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Suriya rejimi parlamentinin 1915-ci ili hadisələrini qondarma soyqırım kimi tanıyan qərarı ibrətamiz nümunədir. Bu, uzun illər qırğınlar törətmiş, milyonlarla insanı evlərindən sıxışdırıb çıxarmış və kimyəvi silah tətbiq etmiş rejim tərəfindən ikiüzlülüyün təzahürüdür. Rejim hazırkı humanitar faciə üçün məsuliyyət daşıyır".


Digər xəbərlər
SON XƏBƏRLƏR