İCRA BAŞÇISININ QALİB ELAN OLUNDUĞU 123 saylı DAİRƏ... - Rəqibi 20 məntəqə haqda prokurorluğa şikayət verdi

img

13-02-2020 [20:03]


123 saylı Kəlbəcər Seçki Dairəsindın deputatlığa namizəd, hüquqşünas Əziz Qənbərov Baş Prokurorluğa şikayət edib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat verib.

Bildirib ki, bu gün çox ciddi qanun pozuntusuna yol vermiş 123 saylı DSK-nın 20-yə yaxın məntəqəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət təqdim edib: "Ümid edirəm ki, ölkə rəhbərinin islahatlarına kölgə salan 123 saylı Kəlbəcər Seçki Dairəsinin də nəticələri ləğv ediləcək!".

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticəyə görə, bu dairədən rayonun icra başçısı Aqil Məmmədov liderdir.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı