Ülvi Quliyev, İmamverdi İsmayılov, Madər Musayev, Tahir Mirkişili... - 4 dairənin nəticələri ləğv olundu, daha 20 dairə üzrə hansı qərar veriləcək?

img

13-02-2020 [18:43]


Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Mia.az xatırladır ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Bundan əlavə, aşağıdakı seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:

10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 54 saylı Şabran-Siyəzən seçki dairəsi (Qurbanov Sadiq Haqverdi oğlu), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı), 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 81 saylı Beyləqan Seçki Dairəsi (Şahin İsmayılov), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 91 saylı Ucar seçki dairəsi (işsiz olduğu deyilən YAP-çı Həsən Ramil Sahib oğlu), 92 saylı Zərdab- Ucar (Jalə Əliyeva), 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd  Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov).

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR