"Mafioz qüvvələr təxribat törətmək üçün çoxlu sayda namizəd qabağa vermişdi" - Deputatdan sensasion iddia
13-02-2020 [11:47]
Mia.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularına təqdim edir:
– Qüdrət bəy, Sizi qələbə münasibətilə təbrik edirik. Seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?
– Çox sağ olun. İlk növbədə seçkilərdə mənə dəstək olmuş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Seçicilərimi bir daha əmin etmək istəyirəm ki, onların etimadını doğrultmağa çalışacam və onlar heç vaxt məni seçdiklərinə görə peşimançılıq hissi keçirməyəcəklər. Seçkinin nəticələrinə gəldikdə, BAXCP-nin parlamentdə yerlərinin sayını artıra bilməməsinə, ümumilikdə isə müxalifətin fraksiya yaratmaq imkanı əldə edə bilməməsinə təəssüflənirəm. Amma təsəlliverici məqam ondan ibarətdir ki, partiyamız parlament təmsilçiliyini qoruyub saxladı. Eyni zamanda, ümid edirəm
ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə, yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.
– Qüdrət bəy, seçkilərin keçirilməsi zamanı baş vermiş qanun pozuntuları barədə nə deyə bilərsiniz?
– Hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur. Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Buna baxmayaraq, Azərbaycan Prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq. Seçkilərin gedişində izlədiyimiz bəzi qanun pozuntuları mövcud mojaritar seçki sistemindən qaynaqlanır. Mojaritar seçki sistemi təsadüfi adamların həm namizəd olmasına, həm də parlamentə düşməsinə, regionçuluğa və etnik seperatizmə yol açır. Həm də nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkə üzrə səslərin 49%-ni alsın, amma parlamentdə bir deputatla belə təmsil olunmasın. Bu isə ölkədə siyasi sabitliyə ciddi təhdid ola bilər. Biz bu seçkilərdə dövlətçiliyimiz üçün ciddi problemlər yarada biləcək belə meylləri müşahidə etdik. Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə bazarlıq etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı. Bütün bunları gördüyümüzdən biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq. Proporsional seçki sistemində namizədlər ilk öncə peşəkar səviyyədə siyasətlə məşğul olan partiyaların ali kollegial orqanları səviyyəsində seçilir. Bu halda təsadüfi adamların namizədlər siyahısına düşmə ehtimalı xeyli azalır.
– Qüdrət bəy, seçkilərin nəticələrindən narazı qalmış insanlardan istifadə edib, ölkədə sabitliyin pozulmasına edilən cəhdlər barədə nə deyə bilərsiniz?
– Hər kəs qanunvericiliyə uyğun şəkildə etiraz edə bilər. Amma MSK rəhbərliyinin verdiyi açıqlamalardan sonra qanun pozuntularına etiraz edən sağlam düşüncəli insanlar müvafiq orqanların qərarlarını gözləyəcəklər. Təxribatçıların və bu seçkilərdə verdikləri ziddiyyətli açıqlamaları ilə öz qeyri ciddiliklərini ortaya qoymuş adamların çağırışları ilə xalqımızın küçələrə çıxması mümkün deyil.
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...