Nazarbayevin nəvəsindən şok addım: Britaniyadan siyasi sığınacaq istədi

img

13-02-2020 [11:24]


Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi - Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

“İnterfaks” xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

Aysultan sığınacaq istəməsini ailəsinin ona təzyiq göstərməsi ilə izah edib.

Qazaxıstanın ilk prezidentinin nəvəsi həmçinin Rusiya və Qazaxıstan hökuməti arasında irimiqyaslı korrupsiya işi haqqında məlumatının olduğunu söyləyib.

O, bütün detalları “The Times” qəzetinə müsahibəsində açıqlayacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, 29 yaşlı Aysultan Nazarbayev 2019-cu ilin oktyabrında Londonda polisə hücum etdiyinə görə şərti cəzaya - sınaq müddətinə məhkum edilmişdi. Hökm 18 aylıq sınaq müddətini, narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.

A.Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızının - Dariqa Nazarbayevanın və kürəkəni, mərhum Rahat Əliyevin oğludur/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR