"Formula 1"in Azərbaycan iqtisadiyyatına təsiri açıqlandı

img

12-02-2020 [13:23]


Son 4 ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Qran-prilərin Azərbaycan iqtisadiyyatına təsiri 506,3 milyon dollardır.

 Bunu PwC şirkətinin ölkə üzrə İdarəedici tərəfdaşı Mövlan Paşayev deyib. O bildirib ki, iqtisadi təsir ildən-ilə artıb. 2019-cu ildə birbaşa təsir 117 milyon dollar, dolayı təsir isə 48,1 milyon dollara bərabərdir. Ən çox təsir isə tikintiyə olub.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR