MSK: “Sosial şəbəkələrdə paylaşılan 300-ə yaxın video araşdırılır”

img

10-02-2020 [21:50]


Sosial şəbəkələrdə paylaşılan materiallara hüquqi qiymət verilməsi üçün üzərində araşdırma işləri aparılır. 

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Qabil Orucov deyib. 

Onun sözlərinə görə, həmin faktlara MSK-nın iclasında baxılması üçün hazırlıq işləri görülür: “Çalışacağıq ki, həmin materiallar üzərində araşdırma işlərini bu gün axşam və ya sabah yekunlaşdıraq".

MSK üzvü bildirib ki, seçkilərlə bağlı sosial şəbəkələrdə 300-ə yaxın videopayşalım var: “Onlar ümumnilikdə 50-60 məntəqəni əhatə edir”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR