Deputat mandatı qazanan idman aləminin məşhurları... - SİYAHI

img

10-02-2020 [15:55]


Xəbər verdiyimiz kimi, Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb. 125 dairə üzrə keçirilən seçkilərdə lider olan namizədlər içində idman cameəsinin üzvləri də var. 

Həmin şəxslərin siyahısını təqdim edirik:

AFFA-nın vitse-prezidenti Rauf Əliyev Asif oğlu - 13 saylı Xəzər-Pirallahı seçki dairəsi, 47,5% səslə qalib gəlib.

Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev Abış oğlu- 20 saylı Nərimanov ikinci seçki dairəsi, 60% səslə qalib gəlib.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev Zahid oğlu - 15 saylı Yasamal birinci seçki dairəsi, 41,8%

Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Avropa Olimpiya Komitəsinin "İdmanda Gender Bərabərliyi" Komissiyasının üzvü Könül Nurullayeva Oruc qızı - 24 saylı Nizami birinci seçki dairəsi, 46,1% səs

Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Cavid qızı - 29 saylı Səbail seçki dairəsi, 42,3% səs

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının I vitse-prezidenti Jalə Əhmədova Fərhad qızı - 59 saylı Salyan seçki dairəsi, 59,7 səs

Qeyd edək ki, Rauf Əliyev və Adil Əliyev bundan əvvəlki seçkilərdə qalib gələrək Milli Məclisdə təmsil olunublar. 

Xatırladaq ki, şahmatçı Zeynəb Məmmədyarova da 44 saylı Sumqayıt-Xızı dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin bu dairədən Müşfiq Məmmədli 45,8 %-lə lider olub. Eyni zamanda, Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun deputatlığa namizədliyini irəli sürdüyü 19 saylı Nərimanov birinci seçki dairəsindən Hikmət Məmmədov 43% səslə, tanınmış idman jurnalisti İlkin Xəlilovun namizədliyini irəli sürdüyü 54 saylı Şabran - Siyəzən seçki dairəsindən isə Sadiq Qurbanov 55,3% səslə lider elan edilib/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR