Rauf Arifoğlu dairədə araşdırma aparılmasına belə reaksiya verdi: "Gərginlik, çəkişmə, mübahisə gözləniləndir" 

img

10-02-2020 [14:07]


“Deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir”.

Bu sözləri 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib. 

O, qeyd edib ki,  MSK sədri Məzahir Pənahov mətbuat konfransında bu şikayətlərə həssaslıqla baxılacağını deyib: “Bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb. Ümumilikdə 8 dairə”. 

R. Arifoğlu daha sonra əlavə edib ki, seçki onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisə olduğundan gərginlik, çəkişmə, mübahisə gözləniləndir. 

“O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq! Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur. 

Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək. Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək”, - deyə Rauf Arifoğlu vurğulayıb/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR