MDB müşahidə missiyası da seçki rəyini açıqladı
10-02-2020 [13:12]
“Azərbaycanda növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və qanunvericiliyə uyğun olaraq, rəqabətli və demokratik şəkildə həyata keçirilib”.
Bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında MDB müşahidə missiyasının rəhbəri Viktor Quminski deyib.
Onun sözlərinə görə MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanın dəvəti ilə seçkiləri izləyiblər: “Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub. Müşahidə missiyasının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb”.
V. Quminski bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: “MSK seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçkilər qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmişik və suallarımıza cavab almışıq”.
Seçici siyahılarının hər il yeniləndiyini diqqətə çatdıran V. Quminksi vurğulayıb ki, məntəqələrdə səsvermə üçün hər cür şərait yaradılıb: “Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Namizədlərlə bağlı onu deyə bilərik ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı əvvəlki illərdən çox idi. Bu seçicilərə daha layiqli namizədi seçmək şansı qazandırıb. Təbliğat-təşviqat prosesində plakatların cırılması hallarına da rast gəlinib. Lakin bunlar çox kiçik hallardır və seçki prosesinə təsir göstərməyib. Seçki günündə MSK-ya 260 müraciət daxil olub ki, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub”.
APA
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)