"Hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik” - Gürcüstan MSK
10-02-2020 [11:57]
"Azərbaycan Mərkəzi Seçki Komissiyası bu seçkilərdə kifayət qədər təqdirəlayiq fəaliyyət göstərib. Biz seçkilər üçün ayrılan müddətin qısa bir dövrü əhatə etdiyini nəzərə alsaq, o zaman bunu təqdirəlayiq hesab etməyə borcluyuq. Mən buna görə də azəbaycanlı həmkarlarımı təbrik edirəm".
Bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə edən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə sağlamlıq məhdudiyyətli seçicilər üçün yaradılan şərait seçkilərin daha da inklüziv keçirilməsinə töhfəsini verib:
"Biz Bakıdakı dairələr üzrə ümumilikdə 10 məntəqədə müşahidələr aparmışıq. Bütün seçki məntəqələri 08:00-da açıq elan edilmişdi, eyni zamanda bütün hazırlıq işləri bu ana qədər tam yekunlaşmışdı. Müşahidə etdiyimiz məntəqələrdə hər hansı bir neqativ halla rastlaşmamışıq. Çünki hər kəs öz işini layiqli şəkildə icra edirdi. Seçicilər səs verirdi, müşahidəçilər və komissiya üzvləri də öz işlərini icra edirdilər. Həm müşahidəçilərin, həm də partiya nümayəndələrinin seçkiləri izləmək üçün obyektiv şərait yaradılmışdı".
Gürcüstan Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, 5000-dən çox seçki məntəqələri ilə müqayisədə 10-dan çox məntəqədə keçirdikkələri müşahidələr ümumi seçkinin mənzərəsini açmağa kifayət etmir: “Amma biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik. Bu da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə etmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.
Report
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub