İLK DƏFƏ MANDAT QAZANAN DEPUTATLAR... - Onlar kimdir? + SİYAHI

img

10-02-2020 [09:47]


Xəbər verdiyimiz kimi, MSK parlament seçkillərinin ilkin nəticələrini elan edib.

Mia.az xəbər verir ki, 7 dairənin nəticələrinin hələ də açıqlanmadığı rəsmi siyahıya görə, aşağıda adları qalib elan olunan şəxslər Milli Məclisə ilk dəfə deputat kimi ayaq basacaqlar.

Onlar aşağıdakı namizədlərdən ibarətdir:

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Səbinə Xasiyeva, 14 saylı Xəzər seçki dairəsindən Sultan Məmmədov, 16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli, 17 saylı Yasamal dairəsindən Elnur Allahverdiyev, 24 saylı Nizami birinci seçki dairəsindən Könül Nurullayeva, 27 saylı Sabunçu ikinci seçki dairəsindən Əliabbas Salahzadə, 29 saylı Səbail seçki dairəsindən Nigar Arpadarai, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Etibar Əliyev, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Afət Həsənova, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Arifoğlu, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Müşviq Cəfərov, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Emin Hacıyev,  46 saylı Şirvan seçki dairəsindən İltizam Yusifov, 50 saylı Abşeron – Qobustan seçki dairəsindən Şahin Seyidzadə, 53 saylı Quba-Qusar seçki dairəsindən Anatoli Rafaelov, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Sadiq Qurbanov, 56 saylı Xaçmaz kənd seçki dairəsindən Sevil Mikayılova, 57 saylı Kürdəmir seçki dairəsindən Əminə Ağazadə, 59 saylı Salyan seçki dairəsindən Jalə Əhmədova, 62 saylı Saatlı seçki dairəsindən Əziz Ələkbərli, 63 saylı Sabirabad birinci seçki dairəsindən Kamal Cəfərov, 64 saylı Sabirabad ikinci seçki dairəsindən Ramin Məmmədov, 66 saylı Biləsuvar seçki dairəsindən Bəhruz Məhərrəmov, 70 saylı Masallı şəhər seçki dairəsindən Məşhur Məmmədov, 71 saylı Masallı kənd seçki dairəsindən Anar İsgəndərov, 79 saylı İmişli seçki dairəsindən Razi Nurullayev, 84 saylı Füzuli seçki dairəsindən Vüqar Bayramov, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Məzahir Əfəndiyev, 91 saylı Ucar seçki dairəsindən Ramil Həsən, 93 saylı Bərdə şəhər seçki dairəsindən Fatma Yıldırım, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Anar Məmmədov, 99 saylı Şəmkir kənd seçki dairəsindən Nurlan Həsənov, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Elşad Mirbəşiroğlu, 102 saylı Samux-Şəmkir seçki dairəsindən Nizami Səfərov, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Arzu Nağıyev, 113 saylı Şəki şəhər seçki dairəsindən Vüqar İsgəndərov, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Ceyhun Məmmədov, 122 Xankəndi seçki dairəsindən Tural Gəncəliyev, 123 saylı Kəlbəcər seçki dairəsindən Aqil Məmmədov ilk dəfə mandat qazanan deputat kimi Milli Məclisdə təmsil olunacaqlar.

Qeyd edək ki, MSK hələ də seçkinin rəsmi nəticəsini elan etməyib. Odur ki, bu siyahıda dəyişiklk olma ehtimalını unutmamalıyıq.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR