“Biz bu gün gələcəyə şahidlik edirik" -  ABŞ-dan olan müşahidəçi

img

09-02-2020 [22:54]


“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.

Bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib.

“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o, qeyd edib.

Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR