Müsavatdan MSK-ya etiraz: "Partiyanın 23 deyil, 60 namizədi var" - SİYAHI

img

08-02-2020 [23:03]


MSK sədri Məzahir Pənahov fevralın 8-də keçirdiyi mətbuat konfransında 9 fevral seçkisinə qatılan partiya üzvləri ilə bağlı açıqlaması Müsavat Partiyası tərəfindən narazılıqla qarşılanıb.

Mia.az xatırladır ki, MSK sədrinin sözlərinə görə, seçkiyə ən çox namizədlə YAP qatıılıb: "YAP 122, Müsavat Partiyası 23, Ümid Partiyası 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 13, Vahid Azərbaycan Partiyası 12 nəfərin namizədliyini irəli sürüb".

Müsavat Partiyası isə MSK sədrinin bu açıqlamasını təkzib olunub.

Mia.az-ın məlumatına görə, partiya sədri Arif Hacılı bildirib ki, Müsavatın bu seçkdəki namizədlərinin sayı 23 deyil, 60 nəfərdir:

"Yandaş mətbuat bu seçkilərdə Müsavatın 23 namizədlə iştirak etdiyini yazır. Bu yalandır. Müsavat erkən seçkilərdə 60 seçki dairəsindən 60 namizədlə iştirak edir. Bu namizədlər Müsavat Partiyası Məclisinin verdiyi səlahiyyət əsasında Müsavat Divanı tərəfindən irəli sürülüb. Bu qərarlar barədə rəsmi məlumat MSK və müvafiq DSK-lara təqdim olunub".

Daha sonra Arif Hacılı qeydə alınmış və MSK-nın saytında Müsavatın namizədləri kimi qeyd namizədlərin siyahısını təqdim edib..

Qeyd edək ki, aşağıda təqdim olunan siyahıda texniki səbəblərə görə 16 saylı dairədən namizəd olan müsavatçı Almaz Əliqızının (Məmmədova) adı yer almayıb. Ancaq o da Müsavatı rəsmi namizədlərindən biridir.:

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR