Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib - VİDEO

img

07-02-2020 [16:48]


Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. 

Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.


Digər xəbərlər
SON XƏBƏRLƏR