100 mindən çox “Audi” geri çağırılacaq

img

07-02-2020 [11:29]


Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti ABŞ bazarına çıxardığı 107 min “Audi” markalı avtomobili geri çağıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə Yaponiyanın “Takata” şirkətinin istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırılmasıdır. 

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) bəyan edib ki, “Audi”nin 2000-2001-ci illərə aid “TT Roadster”, 2000-ci ilə aid “TT Coupe”, 1998-ci ilə aid “A8” və 1998-2000-ci illərə aid "A6” və “A8” modelləri geri çağırılacaq. 

Xatırladaq ki, “Takata”nın hava yastıqlarından “Audi” ilə yanaşı, BMW, “Honda”, “Daimler Vans”, “Fiat Chrysler”, “Ferrari”, “Ford”, “General Motors”, “Mazda”, “Mitsubishi”, “Nissan”, “Subaru”, “Toyota” və “Volkswagen” kimi markalar da zərər görüb. Bununla da, dünya üzrə 19 avtomobil istehsalçısı 70 milyon nəqliyyat vasitəsini geri çağırmağa hazırlaşır. “Takata”nın 1995-2000-ci illərdə istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırıldığı avtomobillərin sayının isə bundan çox - təxminən 100 milyon olduğu təxmin edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub