"Pensiya kapitallarına malik olsunlar ki..." - Nazirdən mesaj

img

06-02-2020 [18:04]


"Ötənilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sərəncamın icrası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək: "Bu, həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə, gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar".   

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR