Zaur Məmmədovun seçicilərlə növbəti görüşü oldu: "Gəlin, taleyinizə qərar verin" - Tanınmışlardan şəhid övladına dəstək + FOTOLAR
06-02-2020 [16:49]
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Məmmədov Zaur Əhməd oğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Mia.az xəbər verir ki, fevralın 5-də Mehdiabaddakı Qarant məcburi köçkün şəhərciyində növbəti görüş keçirilib.
Görüşdə namizədin seçki qərargahının rəhbəri Elçin Abdullayev seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı hesabat verib.
O, namizədin seçicilərlə görüşlərində qaldırılan problemlərin bəzilərinin artıq həll olunduğunu bildirib və görüş iştirakçılarını əmin edib ki, Zaur Məmmədov deputat seçilərsə, daha ciddi problemlərin həllinə nail ola bilər.
Namizədin digər vəkili, əməkdar jurnalist Rəhman Orxan da çıxışında Zaur Məmmədovun Cəbrayıl və Qubadlı sakinləri üçün ən layiqli namizəd olduğunu bildirib.
Çıxış edən namizəd Zaur Məmmədov isə bu dəfə görüşə gələnlərə platforması barədə danışmaq istəmədiyini deyib. O, qeyd edib ki, əgər ona etimad göstərib səs versələr, onların Milli Məclisdəki səsi olacaq:
“Mən onu da qeyd edim ki, təkcə Cəbrayılın, Qubadlının deputatı yox, bütün Azərbaycan xalqının vəkili olmağa hazıram. İnanıram ki, siz öz adamınıza səs verəcəksiniz. Əsas odur ki, seçkiyə gəlin, qəlbinizdəki namizədə, inandığınız şəxsə səs verin. İmkan verməyin ki, kimlərsə, Sizin taleyinizlə bağlı qərar versin”.
Sonra Cəbrayıl batalyonunun komandiri olmuş Sevindik Məmmədov, Cəbrayıl ağsaqqallarından Hacı Qasım Səfərov, Məhərrəm Camalov çıxış edərək, Zaur Məmmədovu tanıdıqlarını, onun hər zaman Cəbrayıl camaatının yanında olduğunu qeyd ediblər.
Çıxışçılar bildiriblər ki, Zaur Məmmədov təkcə seçki zamanı deyil, hər zaman Cəbrayıla bağlı olduğunu sübut edib.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib