"Niyə dağıdırsınız bu ölkəni, kim haqq verir sizə?" - Daha bir deputat seçicilərin qarşısında "mat" qaldı + VİDEO

img

06-02-2020 [16:27]


Tanınmış hüquqşünas Əlayif Həsənov 92 saylı Zərdab-Ucar dairəsindən deputatlığa namizəd Jalə Əliyevaya çətin  anlar yaşadıb. 

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, deputat Jalə Əliyevanın seçicilərlə görüşündə çıxış edən Əlayif Həsənov namizədi sərt tənqid edib.  

“Hörmətli Jalə xanım çıxışında sizə müraciət edərək dedi ki, siz həmişə dövlətin, dövlətçiliyin yanında oldunuz, Azərbaycan dövlətini məşhər ayağına çəkənlərin yanında olmadınız. 

Azərbaycan dövlətini Fransada məhkəmədə məşhər ayağına çəkənlərdən biri mən olmuşam. Amma bunu Jalə xanıma görə eləmişəm. 2010-cu ilin parlament seçkilərində 92 saylı Zərdab-Ucar seçki dairəsində yol verilən saxtakarlıqlar Avropa Məhkəməsi tərəfindən tanınıb və Azərbaycan dövləti mənə 10 min avro kompensasiya ödəməli olub. 

Məhz Jalə xanımın deputat seçildiyi 92 saylı Zərdab-Ucar seçki dairəsindən. Bununla bağlı internetdə məhkəmə qərarı ilə tanış ola bilərsiniz”, -deyə hüquqşünas bildirib.

Əlayif Həsənov daha sonra bildirib ki, “dövlətin və dövlətçiliyin yanındayam” demək o qədər də asan deyil. “Bu dövlətin 15 milyard dollarını Cahangir Hacıyev başda olmaqla bir qrup dələduz ölkədən çıxarıb. Ona görə məhkum olunub. Niyə bunu burda deyirəm? Çünki Jalə xanım parlamentin üzvüdür və parlamentin Konstitusiya ilə təminat verilən ən əsas hüququ büdcəyə nəzarətdir. 

Azərbaycanın heç bir millət vəkili, Jalə xanım Əliyeva da daxil olmaqla bir dəfə də deməyib ki, bu büdcəni, bu dövləti niyə dağıdırsınız? Bu insanların puludur, bu bağça uşağının puludur, bu əsgərin puludur, səngərdə yatan zabitin yeməıyidir, təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəblərdən çıxarılan 17 min tələbənin puludur. Niyə dağıdırsınız bu ölkəni, kim haqq verir sizə? Bunu gərək Prezident eləsin? Prezidentin qanunla heç büdcəyə nəzarət etmək səlahiyyəti də yoxdur. Jalə xanım hüquq professorudur, bilir. Gərək bunu Prezident eləsin, gərək o tapşırıq versin?”.

Oxucular Əlayif Həsənovun çıxışını tam olaraq təqdim etdiyimiz videodan izləyə bilərlər. 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR