Rusiyanın "Dinamo" klubu Azərbaycan millisinin futbolçusu ilə bağlı məhkəməyə müraciət edəcək

img

06-02-2020 [14:30]


Rusiyanın "Dinamo" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırdır.

"Report" Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır. 

Paytaxt klubu qərarın əsaslanmasını gözləyir və daha sonra CAS-a müraciət edəcək. "Dinamo" həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.

Qeyd edək ki, RFS-in Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib


Digər xəbərlər
SON XƏBƏRLƏR