DEPUTATLARIN DEPUTAT OLMAQ İSTƏYƏN ÖVLADLARI: onlar kimdirlər?

img

06-02-2020 [14:15]


Məlum olduğu kimi, 4 gündən sonra – 9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, parlament seçkilərində deputatlığa namizəd olaraq iştirak edəcək bəzi şəxslərin ataları daha əvvəl deputat olublar.

Atası deputat olan deputatlığa namizədlərdən biri hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mirkazım Kazımovun oğlu Səid Kazımovdur. Daha əvvəl 4 dəfə – deputat seçilən Mirkazım Kazımov sonuncu dəfə 2015-ci ildə 68 saylı Cəlilabad kənd seçki dairəsindən millət vəkili seçilib.

Qarşıdakı seçkilərdənamizəd olaraq iştirak etməyən Mirkazım Kazımovun oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb. 1982-ci il təvəllüdlü Səid Kazımovun hüquqşünas olduğu qeyd olunur.

Deputatlığa namizəd olan daha bir deputat oğlu isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, sabiq-deputat Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadədir. Namizədliyi YAP tərəfindən irəli sürülən 1979-cu il təvəllüdlü Əliabbas Salahzadənin Sabunçu rayon İcra Hakimiyyətində şöbə müdiri olduğu göstərilir.

Mia.az xəbər verir ki, digər deputat Xanhüseyn Kazımlının qızı Əsli Kazınovadır. O, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən də YAP-ın, əslində, İmişli İcra Hakimiyyətinin işçisi Muradov Rüfət Ehtiram oğlunun, həmçinin deputat, sabiq müsavatçı Çingiz Qənizadənin, Müsavat başqanının müavini Razim Əmiraslanlınınsabiq baş prokuror İxtiyar Şirinin oğlu biznesmen oğlu Hikmət Şirinovun, tanınmış yazıçı Qəşəm Nəcəfzadənin oğlu, yazıçı Kəramət Nəcəfovun rəqibidir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR