9-cu sinif şagirdi 10-cu sinif şagirdini bıçaqladı - Qazaxda məktəbdə şok olay

img

06-02-2020 [13:28]


Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.  

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən M.Qasımov müəyyən edilib.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR