Balakən sakini narkotiklə tutuldu

img

06-02-2020 [11:14]


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada ümumi çəkisi 375 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR