Bakıda qəbirstanlıqdan oğurluq edən keçmiş məhkum saxlanıldı

img

06-02-2020 [11:04]


Bakıda qəbirstanlıqdan oğurluq edilib.

Mia.az DİN-ə istinadla xəbər verir ki, naməlum şəxs Pirallahı qəsəbə sakini S.Vladimiroviçin anasına aid qəbrinin yanında olan dəmir hasarları oğurlayıb.

Daha sonra S.Vladimiroviç Pirallahı Rayon Polis Şöbəsinə müraciət edib.

Müraciət üzrə polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində qəbirstanlıqdan oğurluq etməkdə şübhəli bilinən, paytaxt sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Adil Rzayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR