“Hollywood Cinema Club” cərimələndi

img

06-02-2020 [10:25]


“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”. 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayəti var və bu şikayətin səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alğı-satqısına görə anlaşılmazlıqdır. 

E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddialar əsassızdır, daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq departamentinə müraciət olunub. Tərəfimizdən araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, saytların birində dərc olunan xəbərdə Badamdar qəsəbəsi 77 ünvanında yerləşən “Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri bildiriblər ki, obyektin müştərilərinin səhərə kimi yüksək səsli musiqi altında əylənir, daha sonra çıxıb küçədə sərxoş halda mahnı oxuyub, rəqs edirlər. Gecə saatlarında yaşanan bu vəziyyətdən narazı olan sakinlər  xüsusilə azyaşlı  övladları üçün narahat olduqlarını qeyd ediblər. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edərək şikayət ediblər: “Şikayətdən sonra Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən məsələ ilə maraqlansalar da, daha sonra “bu iş bizlik deyil”-deyə bildiriblər/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR