"Bizə sənin kimi deputat lazım deyil" - Seçicilər deputat "pat" elədi, müəllimləri zaldan çıxardılar - VİDEO

img

05-02-2020 [12:13]


42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd olan deputat Tahir Mirkişili Sumqayıtda seçicilərlə görüşündə şok anlar yaşayıb.

Mia.az xəbər verir ki, bu barədə video yayılıb.

Videodan görünür ki, seçicilər deputata "Bizə sənin kimi deputat lazm deyil. 3 dəfə qəbulunda oldum, lakin bizi qəbul etmədin" deyərək, açıq şəkildə onu baykot edib.

Digər seçici isə "Mən Zakir müəllimin də qəbulunda oldum, o da sənin kimi bizim başımızın altına yastıq qoyub, yola verdi bizi", - deyərək, deputata etirazını bildirib.

Daha sonra real seçicilər “Stansiya Sumqayıt”dakı məktəbdən deputatın görüşünə zorla gətirilən müəllimləri zaldan çıxarıblar.

Bundan sonra görüşə qatılan az sayda dərdli seçicilər 5 ildir bu ərazidən deputat olan T.Mirkişiliyə şikayətlərini çatdırıblar, onu sərt şəkildə tənqid atəşinə tutublar.

Görüşdən sonra isə jurnalistlərdən biri "Parlamentin Prezidentin islahat siyasəti ilə ayaqlaşa bilmədiyinə görə buraxılmasına səs veribsiz. İndi bəs niyə seçkiyə qatılıbsız?", - sualına deputat ümumi cavab verib. Daha sonra o, müəllimlərin zorla görüşə gətirilməsi məsələsinə "kimi məcburi gəıtirblər ki" deyərək, suallardan yayınıb.

Xatırladaq ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsində deputatın xeyli ciddi rəqiublər var.  Məsələn, şəhərdə ictimai fəal kimi tanınan Elçin Məmməd və tanınmış vəkil Fariuz Namazlı sonadək deputat Tahir Mirkişilinin başının üstündəki “qara buludlar” olacaqlar...

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR