Azərbaycana gətiriləcək maşınların ehtiyat hissələri gömrük rüsumundan azad olundu

img

04-02-2020 [20:07]


Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən minik avtomobillərinin ehtiyat hissələri gömrük rüsumundan azad edilib.  

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə gətirilən digər avtomobilr üçün 15 faiz gömrük rüsumu qüvvədə saxlanılır. /APA


Digər xəbərlər
SON XƏBƏRLƏR