Səfər Mehdiyev niyə 3 banka "yox" dedi?

img

04-02-2020 [17:32]


Dövlət Gömrük Komitəsinin reyestrinə daxil olan bankların sayı 13-dən 10-a endirilib.

Mia.az xəbər verir ki, bu barədə komitə açıqlama yayıb.

Bildirilib ki, komitə “Bank Avrasiya”, “Bank BTB” və “Premium Bank”la əməkdaşlığı dayandırır.

Gömrük xidməti göstərməyə davam edən banklar isə “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “Turan Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Adları çəkilən kredit təşkilatlarından ilk 6-da bir zəmanətin maksimal məbləği 1 milyon ABŞ dolları, eyni zamanda verilən zəmanətlərin maksimal məbləği isə 2 milyon dollar təşkil edir. Qalan 4 bank üzrə isə sözügedən məbləğlər müvafiq olaraq 250 min dollar və 500 min dollardır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR