Həbsdə olan MTN generallarının məhkəməsinin vaxtı məlum olub

img

04-02-2020 [14:15]


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanovun məhkəmələrin vaxtı məlum olub.

APA-nın xəbərinə görə, T. Quliyev və S. Qurbanovun kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim İlqar Qılıcovun icraatında fevralın 27-də, digər general E. Quliyevin şikayətinə isə hakim İnqilab Nəsirovun icraatında fevralın 25-də baxılmasına başlanacaq.

Qeyd edək ki, T. Quliyev və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il, T. Quliyev 12 il, E. Quliyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların general rütbəsindən məhrum edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təqdimat göndərilməsi ilə bağlı qərar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR