Mirzə Xəzər vəfat edib
02-02-2020 [20:16]
“Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzər vəfat edib.
Mia.az APA-ya istinadla bildirir ki, Mirzə Xəzər yanvarın 31-də Almaniyada vəfat edib.
Qeyd edək ki, Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə "Azadlıq" radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.
1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil məktəblərində oxuyub. 1975-ci ildə İsraildə Təl-Əviv universitetinin SSRİ-dən gəlmiş hüquqşünaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu-York şəhərinin Hüntər kollecində, 1981-ci ildə Böyuk Britaniyanın Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-cı ildə Vaşinqtonda menecerlər üçün ixtisas artırma kurslarında, 1989-cu ildə isə Boston Universitetində Münhen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub.
Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb.
70-ci illərin sonu 80-cı illərin əvvəllərində Mirzə Xəzər İsveçin Stokholm şəhərində Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi Əhdi-Cədid (İncil) ilk dəfə 1983-cü ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr edilməyib.
O, "Mirzə Xəzərin Səsi" Radiosunun rəhbəri olub. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması və bu hadisələri Rusiyanın Azərbaycanı istilası adlandırması olub.
Allah rəhmət eləsin!
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar