"Heç bir dairənin elə bir hüququ yoxdur ki..." - MSK-dan DSK sədrlərinə xəbərdarlıq

img

01-02-2020 [15:40]


Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərin seçicilərlə görüşlərinin üst-üstə düşməməsini tənzimləmək üçün dairə seçki komissiyalarına (DSK) tapşırıq verib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin elə bir hüququ yoxdur ki, namizədə görüş keçirilməsi üçün icazə versin. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR