Şamaxıda sensasion hadisə: müəllim dünya çempionunu qəbiristanlıqda 5 bıçaq zərbəsi ilə öldürdü + FOTO

img

01-02-2020 [14:15]


Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub. 

Məlumata görə, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyir. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O. Hacıyev şübhəli şəxs qismində saxlanılb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR