Fatma Yıldıırma da rəsmi xəbərdarlıq olundu - MSK namizədlə bağlı qərar verdi

img

31-01-2020 [17:53]


MSK bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış namizədi Fatma Yıldırıma rəsmi xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir: "Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb".

Xatırladaq ki, MSK-nın qeyd etdiyi məlumatda yol hamarlanması deyil, yol çəkilməsindən bəhs olunur.

Onu da vurğulayaq ki, Fatma Yıldırımın rəqibləri bu və ya digər qanun pozuntuları ilə bağlı xeyli vaxtdır fəryad edirlər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR