İpoteka kreditləri azalıb

img

30-01-2020 [15:25]


2019-cu ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib.

Mərkəzi Bank xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 36,4% azdır.

Ötən il Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 9,8% azalaraq 220,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80milyon manat olub/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR