Saatlıda qəza: 4 polis yaralandı

img

30-01-2020 [13:25]


Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı Rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.

Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR