UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb
30-01-2020 [12:10]
Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.
Mia.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin ərsəyə gəlməsindən danışıb. O bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının UNESKO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin UNESKO-nun baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.
Daha sonra sərginin açılışında UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür edilib.
Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.
Qeyd edilib ki, mədəniyyət irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESKO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfəri, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçılar yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.
Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan Sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.
Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.
UNESKO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.
ABŞ Tehran rejimini sıxır - İranla ticarəti olan ölkələrə əlavə tarif tətbiq olunacaq
İspaniya XİN başçısı: "NATO lazım gələrsə Qrenlandiyanın təhlükəsizliyini gücləndirə bilər"
İranın Rəşt bazarında 300-dən çox mağaza yandırılıb - Ölkədə 53 məscidə də od vurulub
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xabi Alonso istefaya göndərilib
Mübariz Mənsimovu kim "vurdurur" və ya Türkiyədəki saxta xəbər Azərbaycan "bazarı"na necə girib?
Əli Kərimlinin müavini istintaqa çağırıldı - Ramiz Mehdiyevlə bağlı
"Beşiktaş" Emmanuel Aqbadunu transfer edir
Denis Draquş "Qaziantep"ə transfer olunub
"Azercell Telecom" yeni rouminq paketlərini istifadəyə verir
"Trabzonspor" Serdar Saatçını icarəyə verib
"Qalatasaray" Can Armando Günerin transferində "dalan"a dirənib
"Beşiktaş" Qabriel Paulista ilə yolların ayırıb
Solovyova görə Ermənistan Rusiyaya nota verib
Özbəkistan və Türkiyə arasında strateji tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib
Xaricdə təhsil üzrə Dövlət Proqramı: universitet və proqramların siyahısı təsdiqləndi
Tramp özünü "NATO-nun xilaskarı" adlandırıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Şəkidə 66 yaşlı kişi öldürülüb
Qaribaşvili beş il müddətinə azadlıqdan məhrum edilə bilər
Bu gün geomaqnit qasırğası gözlənilir
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
PREZİDENT MÜŞAVİRƏ ÇAĞIRDI - Müzakirə + FOTOLAR (Yenilənib)
Azərbaycan və Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib
İranlı narkotacirin Bakıdakı kuryerləri saxlanılıb
"Bonte" restoranında tavan çöküb
"Süni intellekt, “ChatGPT” və digər amillər sadəcə olaraq bir vasitədir" - Misir Mərdanov "Heç bir şey kitabı, danışığı əvəz edə bilməz" deyir
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
"Oleq Bakinski"yə Amnistiya aktı şamil olunub
RƏSMİ TEHRANDAN MÜHARİBƏ ANONSU: "Savaşa da hazırıq"
Ötən il 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub - Statistika
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - VİDEO
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO
Bakıya sulu qar yağacaq - Sabahın hava proqnozu
İRANLA BAĞLI BƏZİ QEYDLƏR - Fazil Mustafa yazır
Əhməd İsmayılov: "Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü..." - MÜSAHİBƏ
Xəzərin üzərindən Bakının mərkəzinə körpü salınır? - Rəsmi açıqlama
Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib
Azərbaycan qazının büdcə qiyməti 440 dollardan götürülüb