ÇENEVRDƏ 7 SAATLIQ QARABAĞ DANIŞIQLARI: Məmmədyarovla Mnatsakanyan arasında müzakirə sabah da davam edəcək

img

29-01-2020 [22:56]


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında Cenevrədə keçirilən görüş 7 saat davam edib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də açıqlama verib.

O bildirib ki, 7 saat şəkən görüş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi baş tutub: "Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. Sabah danışıqların növbəti raundu keçiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR