Lavrov Gürcüstana buraxılmayacaq? - Baş nazir "çıxış yolu axtarırırq" deyir

img

29-01-2020 [18:51]


“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Gürcüstana səfəri ilə bağlı qərar ölkə qanunvericiliyinə uyğun olaraq qəbul olunacaq”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir deyib ki, heç kəs Gürcüstan qanunvericiliyinə etinasız yanaşa bilməz: “Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir və Rusiyanın da şuranın üzvü olması faktdır. Gürcüstan beynəlxalq öhdəliklərini yerinə yetirəcək. Biz tərəfdaşlarımızla da bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, digər çıxış yolu axtaracağıq”.

Qeyd edək ki, bu ilin mayında Tbilisidə Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçiriləcək. Rusiyadan olacaq nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyi gözlənilir. S.Lavrov Gürcüstanın “İşğal altında olan ərazilər” haqqında qanunu dəfələrlə pozub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR