Müğənnilərdən hədə-qorxu ilə pul tələb edən şəxslər... - Məhkəımə haqlarında qərar verdi
29-01-2020 [16:00]
Ali Məhkəmədə "Şeron" musiqi qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədov və Ramil Qasımovdan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Gündüz Xəlilov və İlqar Həsənovun barələrində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov, Ariz Məmmədov və Əfsun Quliyev özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olaraq, qrup şəxs halında özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar hər yerdə cinayətkar əlaqələrinin və saylarının həddən artıq çox olmalarını deyərək, üzərlərində gəzdirdikləri silahlarla hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayından 2017-ci ilin yanvar ayının 6-dək olan müddət ərzində "Şeron" qrupunun sabiq üzvü "Şadan" qrupunun rəhbəri və solisti İ.Məmmədovla R.Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları məbləğində pul vermələrini tələb edib, vaxt qoyublar.
Cinayət materiallarına görə, həmin şəxslər qoyduqları vaxtın artırılması üçün "Lotu Namiq"dən icazə almaq adı ilə 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində İ.Məmmədovla R.Qasımovun hər birindən 500 ABŞ dolları olmaqla ümumilikdə 1000 ABŞ dolları alıblar. Onlar bir qədər sonra isə İ.Məmmədova məxsus "Mercedes Benz S-klas" markalı avtomobili əlindən alaraq verəcəyi pulun 10 min manatı ilə əvəzləyiblər.
Bildirilib ki, bundan başqa, Ə.Quliyev və digərləri 2016-cı ilin noyabr ayının 30-da, saat 23:30 radələrində Nəsimi rayonu ərazisindəki kafelərin birində R.Qasımovdan 4 min ABŞ dolları məbləğində pul alıblar. Bu il yanvar ayının 6-da isə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Ankara" şadlıq evinin yaxınlığındakı kafedə R.Qasımovdan qalan 12 min manat pulu istəyərkən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə.Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. Onu da əlavə edək ki, Ə.Quliyev DİN-in Baş Mühafizə İdarəsinin (BMİ) Nəsimi Rayon İdarəsində mülki mühafizəçi vəzifəsində çalışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, Ə.Quliyev, A.Məmmədov, V.Bağırovun hər biri 10 il və G.Xəlilovla İ.Həsənovun hər biri isə 12 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Xəlilovun cəzası 6 ilə, İ.Həsənovun cəzası isə 7 ilə endirilib. Daha sonra G.Xəlilovla İ.Həsənov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub