Ülvi Quliyev, Elnur Allahverdiyev, Məşhur Məmmədov... - Seçkiyə qatılan biznesmenlərlə bağlı fərqli fikirlər
28-01-2020 [21:37]
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
Seçki elan olunandan indiyə qədər müşahidələr göstərir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyini irəli sürənlər arasında biznesmenlər çox azdır.
Sosial şəbəkələrdə də bu barədə müzakirələr, biznesmenlərin deputatlığa marağının azalmasının səbəbləri haqqında irəli sürülən versiyalar diqqəti cəlb edir. Bir kəsim düşünür, biznesmenlərin siyasətə ona görə marağı azalıb ki, öz gəlirlərini, biznes fəaliyyətlərini daha üstün tuturlar. Digər qrup isə harınlamış məmurların aqibətinin biznesmenlər üçün də nümunə olduğunu düşünənlərdir. Ümumilikdə ortaq mənzərə isə budur ki, təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadi imkanları, biznesi olan şəxslər siyasətdə təmsil olunmağa o dərəcədə əhəmiyyət vermirlər.
Mia.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə marağın azalmadığını hesab edir. O, bildirib ki, namizədlər öz əmlakları, fəaliyyətləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməyiblərsə, bizneslə məşğul olmadıqları anlamına gəlmir: “Ola bilər, biznesmenin oğlu, qardaşı oğlu, digər yaxın qohumu seçkilərdə iştirak edir. Çünki gənclərin bir hissəsi bu seçkilərdə iştirak edəndə onların da müəyyən dəstək verənləri olur. Azərbaycanda nəinki biznesmenlər, məmurlar da deputatlığa maraq göstərir. Çünki deputat toxunulmazlıq statusuna malikdir”.
Çoxlu yeni namizədlərin olduğunu vurğulayan M. Zülfüqarlının sözlərinə görə, onlar mandat əldə edərlərsə, fəaliyyətləri də ictimaiyyətin marağına səbəb olacaq: “Nə dərəcə özlərini doğruldacaqlar deyə bilmərəm. Amma hesab edirəm ki, Azərbaycanda nəinki biznesmenlər, fəhlədən tutmuş nazirə qədər hamı parlament seçkilərinə maraq göstərir”.
Seçki texnoloqu Azərbaycanda məmurların biznesə maraq göstərdiyini qeyd edib: “Müstəqillik dövründən bu yana kapitalizmin inkişafına nəzər salsaq, dövlət və ya məmur kapitalizminə oxşar cəhətlər ölkəmizdə daha çoxdur. Nazirlər, deputatlar bizneslə məşğul ola bilməzlər, amma dolayı yolla məşğul olurlar. Ona görə, düşünməyin ki, siyasətçilər ancaq öz işləri məşğuldurlar, biznesləri yoxdur. Azərbaycanda imkanı olan adamların hamısının biznesi var”.
Siyasətçi Yadigar Sadıqlı isə Azərbaycanda biznesmenlərin seçkiyə marağının son dəfə 2005-ci il parlament seçkilərində müşahidə olunduğunu deyib: “O zaman bunun müəyyən əsasları var idi. Hələ neft pullarından asılı vəziyyətə düşməmişdik. Buna görə, müəyyən qədər müstəqil biznesmenlər var idi. Onlar öz namizədliklərini irəli sürmüşdülər. Amma heç biri parlamentə düşə bilmədi. Hətta seçkilərdən sonra onlar cəzalandırıldılar”.
Onun fikrincə, biznesmenlərdə siyasətə, seçkilərə həvəsin olmaması iki səbəblə əlaqədardır:
“Birincisi, ölkədə müstəqil biznesmenlər demək olar ki, yoxdur. Ciddi biznesmenlər, burjuaziya kimi baxa biləcəyimiz, insanlar içərisində nüfuzu olanlardan söhbət gedir.
İkincisi, 2005-ci ildən çox vaxt ötməyib. Müstəqillik, özbaşınalıq etmək istəyən biznesmenləri hansı cəzalar gözlədiyini gördülər və bu onların yadında qalıb”.
Y.Sadıqlı qətiyyətlə bildirib ki, siyasətlə siyasətçilər məşğul olmalıdır:
“Biznesmenlər, müğənnilər, idmançılar siyasətə qarışmasalar yaxşıdır. Siyasət həvəskarların yeri deyil. Peşəkar şəkildə siyasətlə məşğul olanlar bu sahədə olmalıdırlar. Digər sahələrdə peşəkar olan şəxslər peşəkar siyasətçiləri dəstəkləyə bilərlər. Amma heç vaxt siyasətlə məşğul olmamış şəxsin birdən-birə deputat olması ölkəyə yaxşı heç nə vəd etmir”.
Mia.az deyilənlərin əksinə olaraq, xatırladaq ki, budəfəki seçkidə iddialı biznesmenlər də seçkiyə qatılıb.
Məsələn, Kontakt-Home-nin sahibi Elnur Allahverdiyev, biznezmen deputat Ülvi Quliyev, 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyi irəli sürülən “Embawood” şirkətinin prezident Məşhur Məmmədov və digərləri seçkiyə qatılıb. Hətta onların seçki prosesində daha böyük pullar xərcləməsi göz önündədir.
Hətta budəfəıki seçkidə Kəlbəcərin icra başçısı Aqil Məmmədov da postundan imtina edərək, seçkiyə atılıb.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb