Fransa da Çindəki vətəndaşlarını çıxarmağa hazırlaşır

img

28-01-2020 [16:54]


“Fransa koronavirusla əlaqədar Çindəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır”.

"CNN Türk” xəbər verir ki, bunu Fransanın ekologiya və davamlı inkişaf naziri Jan-Batist Cabbari deyib. 

Məlumata görə, ilk təyyarə yanvarın 29-da Çinə yola düşəcək. Çindən gələcək vətəndaşların karantin altına alınacağını bildirən nazir növbəti təyyarənin də göndəriləcəyini açıqlayıb. Amma ikinci təyyarənin Çinə nə zaman uçacağı hələlik məlum deyil/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub