"Ayıbdır, bir az özünüzə hörmət edin, bu, nə maskadır?!" - "Əl öpən" bu deputatları "topa tutuldu" + VİDEO

img

28-01-2020 [16:04]


Tanınmış teleaparıcı, prodüsser Tarix Əliyev (Tolik) deputatlığa namizədlərin nənələrin əlini öpmə məsələsinə reaksiya verib. 

O, aparıcısı olduğu “Hər şey daxil” verilişində belə namizədləri “ağ yuyub, qara sərib”:

“Gəlin, hər kəs özünə bir az hörmət etsin. Bunu şouya döndərdilər. Millət vəkili seçilmək istəyən bəzi adamlar, camaatın ayağına düşüb niyə öpürsünüz? Onların şəkillərini “İnstagram”da yayırsınız. Ayıbdır, özünüzə hörmət edin. İndiyəcən etmədiyiniz şeyi bir deputatlıq mantadına görə edirsin, yıxılmısınız bir ananın ayağına, xanımın ayağını öpür. Yaxşı, öpmüsən, şəkil çəkib niyə yayırsan? Gedib əl öpür, qıraqdan şəkil çəkdirir ki, şəhid anasının əlini öpür. Bunu bundan qabaq edərdiniz. Bizə sizin əl öpməyiniz lazım deyil, siz o kresloya görə əl öpürsüzsə, öpməyin! Siz platformnızı bizə göstərin. Nə etmək istəyirsiniz, biz bunu bilək. Bu nə oyundur? Bu nə maska şoudur? Artıq saytlar da ələ salır onları. Bu vaxtacan öz ananızın əlini öpməmisiniz, gedirsiz camaatın əlini öpürsünüz. Guya, bununla xal qazanacaqsınız. Ayıbdır, bir az özünüzə hörmət edin. Vallah, çox ayıbdır. Ermənilə bizə baxır, başqa ölkələr bizə baxır. Millət vəkili olmaq üçün çıxın danışıqedin, fikirlər irəli sürün. Qapı-qapı düşüb əl öpürlər. Gəlin, mənim də əlimi öpün. Biyabırçılıqdır, vallah”. 

Qeyd edək ki, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də deputatlığa namizədlərin öz dairələrində keçirdiyi görüşlərdə “həddən artıq səmimiyyət”dir. Daha doğrusu, namizədlərin yaşlıların, xüsusən, nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması birmənalı qarşılanmır. Bəziləri belə rəftarı səmimiyyətin göstəricisi kimi qəbul etsə də, bir qisim bunu namizədlərin “xal toplamaq cəhdi” kimi qiymətləndirir/Yenisabah

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR