Nazim Bəydəmirli daha 8 görüş keçirdi – FOTOLAR

img

28-01-2020 [11:22]


104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən müstəqil namizəd Nazim Bəydəmirli seçicilərlə görüşlərini davam etdirir.

Namizədin Seçki Qərargahından Mia.az-a verilən məlumata görə, yanvarın 27-də N. Bəydəmirli Tovuzun Hacı Həsənli, Kirən və Qalaboyun və Koxanəbi kəndlərində  seçicilərlə görüşlər keçirib. 

Görüşlərdə kəndlərin infrastruktur problemləri, sakinlərin gendəlik qayğıları müzakirə olunub, seçicilərin sualları cavablandırılıb. 

Günortadan sonra Nazim Bəydəmirli Tovuzun Məşədilər, Köhnəqala, Çobansıxnaq və Sarıtala kəndlərində də seçicilərlər görüşüb. Burada da namizəd seçki platformasını, bölgənin problemlərinin həlli ilə bağlı fikirlərini açıqlayıb, seçicilərdən dəstək istəyib. 

Məlumatda qeyd olunur ki, adları çəkilən kəndlərdə Nazim Bəydəmirlinin namizədliyi dəstəklənib, seçicilər 9 fevralda ona səs verəcəklərini bildiriblər.

Görüşlər davam edir, namizədin bu gün daha bir neçə kənddə əhali ilə görüşü nəzərdə tutulub.

Xatırladaq ki, Nazim Bəydəmirli 2005-2010-cu illərdə 104-saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən millət vəkili seçilib. Bu müddət ərazində bölgənin çoxsaylı infrastruktur problemlərinin həllinə nail olub, həmçinin vətəndaşların qaldırdığı məsələlərin həllinə təşəbbüs göstərib.

Jurnalist sorğularına görə, Nazim Bəydəmirli (keçmiş soyadı Məmmədov) 2005-2010-cu illərdə seçici hüquqlarının müdafiəsində ən fəal deputat kimi qalib olub və mükafatlandırılıb. 2010-cu ildən bu günə kimi Azərbaycanın ictimai həyatında fəal iştirak edir, nüfuzlu şəxs kimi tanınır və beynəlxalq konfranslarda mütəmadi iştirak edir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR