Rektor akademik və professoru vəzifədən çıxardı, yeni prorektorlar təyin olundu - BDU-da növbəti dəyişikliklər

img

27-01-2020 [17:22]


Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. 

Keçmiş prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Bundan başqa, BDU-nun Ümumi məsələlər üzrə prorektor vəzifəsinə Mahir Hüseynov təyin edilib.

Biologiya fakültəsinin dekanı vəzifənin icrası dekan seçkilərinədək müvəqqəti olaraq fakültənin dosenti Çingiz Məmmədova həvalə edilib. 

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb. 

Bundan əlavə, Tarix fakültəsinin dekan müavini Rəşad Cabbarov BDU-nun Həmkarlar İttifaqı Komitəsin sədri seçilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR