Seçiciləri kim ələ almağa cəhd edir? - MSK 30 saylı dairədəki namizədlərə xəbərdarlıq etdi 

img

27-01-2020 [17:13]


30 saylı Suraxanı seçki dairəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) ciddi şikayətlər var.

Mia.az xəbər verir ki, bu vbarədə MSK sədri Məzahir Pənahov bugünkü iclasda məlumat verib.

O bidirib ki, seçicilərin hansısa yolla ələ alınması yolverilməzdir: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hanısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

MSK sədri hansı namizədin belə yol atdığını isə açıqlamayıb.

Xatırladaq ki, 30 saylı Suraxanı birinci seçki dairəsindən YAP bu dəfə də deputat Fətəliyeva Sevinc Həbib qızının namizədliyini sürüb. Şübhə yox ki, iqtidar bu dəfə də onun parlamentdə görünməsi üçün əlindən gələni edəcək. Onun ən ciddi rəqibləri sırasında isə İlyas Əfəndiyevin nəvəsi və İlyas Əfəndiyev Fondunun prezidenti Tural Temurçin oğlu Əfəndiyev, Ümid partiyasının sədr müavini İlahə Sadıqova və yazıçı Mirkazım Seyidov və digərlərinin adlarını çəkə bilərik.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR