Əfqanıstanda göyərtisində 83 sərnişinin olduğu  təyyarə "Taliban"ın nəzarət etdiyi əraziyə düşdü - Əraziyə xüsusi təyinatlılar göndərildi

img

27-01-2020 [14:37]


Əfqanıstanda dövlətə aid "Ariana Afghan" şirkətinin sərnişin təyyarəsi  hələlik məlum olmayan səbəbdən alovlanaraq, "Taliban" qüvvələrinin nəzarət etdiyi əraziyə düşüb.

Mia.az Türkiyənin "Haberler.com" portalına istinadla bildirir ki, göyərtisində 83 nəfərin olduğu təyyarə qəzaya uğramadan əvvəl alovlanıb: "Paytaxt Kabildən Herat şəhərinə gedən təyyarə qəfildən alovlanaraq, "Taliban"ın nəzarət etdiyi Deh Yak adlı dağlıq bölgəyə düşüb. Rəsmi məlumata görə, təyyarədə 83 sərnişin var. Onların sağ qalıb-qalmaması bilinmir".

Məlumata görə, əraziyə ölkənin xüsusi təyinatlıları yeridilib: "Dövlət yerli qüvvələrdən də dəstək istəyib".


Digər xəbərlər
SON XƏBƏRLƏR