Deputatlığa namizəd Zaur Məmmədov köçkün şəhərciyində seçicilərlə görüşdü, ağsaqqallardan xeyir-dua aldı - FOTOLAR

img

27-01-2020 [13:47]


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam etdirilir.

Mia.az xəbər veirr ki, kampaniya çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd, tanınmış jurnalist, şəhid övladı Zaur Məmmədov (Zaur Əhməd) yanvarın 26-də Kürdəxanıda yerləşən köçkün şəhərciyində olub.

Namizəd şəhərcikdə həyətdə köşkünlərlə görüşüb, problemləri ilə maraqlanıb, öz platforması barədə məlumat verib.

Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu

Görüşdə çıxış edən namizəd Zaur Məmmədov deyib ki, Cəbrayıldan olan köçkünlər ölkənin müxtəlif rayonlarında məskunlaşsalar da, mümkün qədər bütün seçicilərlə görüşməyə çalışır: “Bizi vətəndə pərən-pərən salıblar. Elimizin, obamızın sakinləri ölkənin 20-yə yaxın rayonunda məskunlaşıblar. Sizin təmsilçiniz olmaq elə də asan deyil. Amma mən sizin vəkiliniz olmaq üçün bütün gücümlə çalışmağa hazıram. Odur ki, etimad göstərsəniz, bu çətin və şərəfli vəzifəni icra etmək istərdim”.

Görüşdə Cəbrayıl ağsaqqallarından olan Şəmil Məmmədov, namizədin ibtidai sinif müəllimi Cəmilə İsmayılova çıxış edib. Çıxış edənlər namizədlə bağlı fikirlərini bölüşüb və 9 fevral seçkilərində ona səs verəcəklərini bildiriblər.

Sonra namizəd görüşə gələnlərin problemləri ilə maraqlanıb. Sakinlər şəhərcikdə uşaq bağçası inşa olunsa da, hələ də sitifadəyə verilmədiyini bildiriblər.

Cəbrayıl sakini Mətləb Hətəmov isə bildirib ki, çalışdığı AZFEN şirkətindən bir müddət öncə işdən çıxarılıb. Onun sözlərinə görə, müqaviləsi bitdiyi üçün işdən kənarlaşdırılıb. Şirkət rəhbərliyi həm məcburi köçkün, həm də ailə vəziyyətini nəzərə alaraq müqavilənin müddətini uzatmayıb.

Daha sonra Qarabağ müharibəsi veteranı Gülşad Şükürov Zaur Məmmədovu evinə dəvət edib. Namizəd keçmiş döyüşçünün evində olub, səmimi söhbətdən sonra görüş başa çatıb.

Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu
Deputatlığa namizəd köçkünlərin evində qonaq oldu


Digər xəbərlər
SON XƏBƏRLƏR